QranPridə Azərbaycanı təmsil edəcək güllə atıcıları bəlli olub AZƏRTAC

06.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 6 yanvar, AZƏRTAC

Azərbaycanın güllə atıcıları Sloveniyanın Ruş şəhərində keçiriləcək Qran-Pri yarışında iştirak edəcəklər.

Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkəmiz turnirdə 6 idmançı ilə təmsil olunacaq. Yığmanın heyətində Ruslan Lunyov, Ramiz Xəlilov, Nigar Nəsirova, Üzeyir Tapdıqlı, Xanna Əliyeva və Vladislav Kalmıkov yer alıblar. Yarışlar yanvarın 7-12-də 10 metr məsafədən pnevmatik tapança və tüfəngdən atəş kateqoriyaları üzrə keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью