Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bir gecəlik qalmaq 500, bir həftəlik isə təxminən 3 milyon rubla başa gəlir
“Sberbank”ın baş direktoru Herman Qrefin "Rus Kurşevelinə" çevirmək istədiyi Altaydakı “Manjerok” xizək kurortu rusiyalı milyarderlərin və yüksək vəzifəli məmurların sevimlisinə çevrilib. Varlı qonaqlar üçün hər biri ayrıca təhlükəsizlik məntəqəsi olan 1400 kvadrat metrə qədər sahəyə malik on üç villa tikilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Meduza” kurort sənədlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, qonaqlar xidmətçilərlə, şəxsi avtomobillərlə və 24 saat mühafizə xidməti ilə təmin olunurlar. Bir gecəlik qalma 500 min rubla qədər, ən bahalısı olan "Moskva"da bir həftə isə təxminən 3 milyon rubla başa gəlir.
Qref Ukraynadakı müharibə və Qərbin sanksiyaları səbəbindən Avropa kurortlarına çıxışı itirən insanları Altaya cəlb etmək istəyir.
"Avropa bağlı qaldığı müddətdə biz "Kurşevel" sözünü "Manjerok"la əvəz edəcəyik. Və hamı bizə gələcək", - deyə o bildirib.
Kurort sanksiyalar altında olanlar da daxil olmaqla, elit təbəqəni cəlb edir.