Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya iqtisadiyyatı hakimiyyətin gözlədiyindən daha sürətlə zəifləyir.
"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov Şərq İqtisadi Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, nazirliyin baza proqnozu daha da pisləşdirilərək yenidən nəzərdən keçiriləcək.
Eyni mövqeni forumda “Sber”in rəhbəri German Qref də səsləndirib.
O, 2025-ci ilin ikinci rübündə ölkə iqtisadiyyatının faktiki olaraq “texniki durğunluq” mərhələsinə daxil olduğunu vurğulayıb.
Qrefin sözlərinə görə, iyul və avqust aylarında ÜDM artımı “sıfıra yaxınlaşma əlamətləri” göstərib.
Əsas tormozlayıcı amil isə Mərkəzi Bankın yüksək faiz dərəcəsidir.