Qrem Potter yenidən Premyer Liqada | Icma.az
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərə Premyer Liqa komandası "Vest Hem" baş məşqçi postu üçün Qrem Potterlə razılığa gəldiyini açıqlayıb.
Xulen Lopeteqi ilə yollarını ayıran "Vest Hem”də Qrem Potter dövrü başlayıb.
Lent.az-ın xarici mediaya istinadla bildirir ki, London komandasının verdiyi açıqlamada Potterlə 2,5 illik müqavilə imzalandığı bildirilib.
"Qrem Potter, klubu ambisiyalarına uyğun olaraq irəli aparmaq üçün idarə heyəti tərəfindən yekdilliklə seçildi",- klubun saytında qeyd edilib.
Qrem Potter isə “Vest Hem”lə müqavilə imzaladığı üçün xoşbəxt olduğunu və danışıqların müsbət keçdiyini bildirib.
Potter deyib: "Burada olduğum üçün xoşbəxtəm. Mənim üçün vacib olan doğru olduğunu düşündüyüm təklifi gözləmək və uyğun bir klub tapmaq idi.
Bu, “Vest Hem”də hiss etdiyim hissdir. Prezident və idarə heyəti komandanı necə irəli aparmaq istədiyimizlə bağlı eyni fikirləri bölüşürlər"
Tam oxu
Xəbəri oxu