Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mərhum senator Lindsi Qrem ABŞ-ın maraqlarını müdafiə etmək və bütün dünyada azadlığı dəstəkləmək üçün müttəfiqlər axtarırdı. Bu barədə The Wall Street Journal yazıb.
Nəşr qeyd edib ki, avqustun 7-də ABŞ Senatındakı həmkarları Qremin irsinə ehtiramlarını ifadə edərək onun Rusiya üzərində təzyiqi artırmaq və Moskvanı Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etmək məqsədi daşıyan yeni sanksiya və rüsumların tətbiqini nəzərdə tutan qanun layihəsinin qəbuluna 86 səslə lehinə, 11 səslə əleyhinə səs veriblər.
Məqalədə bildirilir ki, Rusiya prezidenti Vladimir Putin müharibəni enerji resurslarının ixracından əldə olunan gəlirlər hesabına maliyyələşdirir. Qremin qanun layihəsi ABŞ prezidentinə Rusiya nefti və qazını ən çox idxal edən 5 ölkəyə, həmçinin Putinə neft sanksiyalarından yayınmağa kömək edən 5 ölkəyə 100%-dək gömrük rüsumu tətbiq etmək səlahiyyəti verə bilər.
Bununla belə, nəşr Ağ Evə rüsumların müəyyənləşdirilməsi ilə bağlı əlavə səlahiyyətlərin verilməsinin nə dərəcədə məqsədəuyğun olması məsələsinin ortaya çıxdığını vurğulayır.
“Prezident Tramp daha əvvəl ABŞ-ın hətta müttəfiqlərinə təzyiq göstərmək üçün ticarət sahəsindəki səlahiyyətlərindən sui-istifadə edib və bununla həm ittifaqlara, həm də iqtisadiyyata zərər vurub”, – məqalədə qeyd olunur.
Nəşr bildirir ki, əsas narahatlıq belə bir sualla bağlıdır: Qremin planı qəbul edilərsə, Tramp bu səlahiyyətlərdən Putinə Ukraynaya hücumları dayandırmaq üçün təzyiq göstərməkdən kənar məqsədlər üçün də istifadə edə bilərmi?
Məqalədə vurğulanır ki, bu, əsaslı narahatlıqdır, lakin qanun layihəsində prezidentin bu səlahiyyətdən necə istifadə edə biləcəyinə dair bir sıra mühüm məhdudiyyətlər də nəzərdə tutulur.
S.ELAY
XQ