Qremdən xəbərdarlıq: “Onları cəzalandırmaq mənasızdır”

29.01.2026

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Kürdlərə bir şey olarsa, gələcəkdə müttəfiq tapmaqda çətinlik çəkərik”.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-li senator Lindsi Qrem bildirib. Onun sözlərinə görə, “Amerika üçün bölgədəki ən pis nəticə kürdlərin tərk edilməsi olar. Onları Amerikaya dəstək verdiklərinə görə cəzalandırmağın heç bir mənası yoxdur”.

Qeyd edək ki, son günlərdə Suriya Milli Ordusu kürd terror təşkilatının silahlı qruplaşmalarına qarşı genişmiqyaslı əməliyyatlara başlayıb. Bununla yanaşı, Suriya rəhbərliyi kürdlərin mədəni muxtariyyətinə hörmətlə yanaşdığını bəyan edib.

Natiq Səlim,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью