“Qremmi”də tarixi nəticə RAYE Beyonsenin rekordunu təkrarladı

17.11.2026

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

2027-ci il “Qremmi” mükafatının namizədləri açıqlanıb və builki siyahının əsas qəhrəmanı britaniyalı müğənni RAYE olub.

Kulis.az xəbər verir ki, sənətçi 11 nominasiya qazanaraq bir il ərzində qadın ifaçılar arasında ən çox nominasiya əldə etmək rekordunu Beyonsenin nəticəsi ilə bölüşüb.

RAYE ilk dəfə “İlin albomu”, “İlin mahnısı” və “İlin səsyazması” kateqoriyalarında da mübarizə aparacaq.

İkinci yerdə doqquz nominasiya ilə Rozaliya qərarlaşıb. Oliviya Rodriqo, Fibi Bridcers, Ella Lenqli və Miranda Lambertin hər biri yeddi nominasiya əldə edib. Bruno Mars, Leon Tomas və Oliviya Din isə altı kateqoriyada namizəd göstəriliblər.

Beyonsenin karyerası ərzində qazandığı ümumi nominasiya sayı 100-ə çatıb.

69-cu “Qremmi” mərasimi 2027-ci il fevralın 7-də Los-Ancelesdə keçiriləcək.

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar İlin ən yaxşı 14 kitabı seçildi - Yeddi kateqoriya üzrə qaliblər açıqlandı "Qadınların əksəriyyəti qarşılarına çıxan ən pis "yanlış adam"la kifayətlənir..." - Elfrida Yelinekdən sitatlar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью