Qrenada sədaqət andı içməkdən imtina etdi

09.08.2025

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət başçısı Böyük Britaniya kralı III Çarlz olan Qrenada Britaniya monarxına sədaqət andı içməkdən imtina edib.

Yenisabah.az Daily Mail-ə istinadla xəbər verir ki, gələcəkdə Qrenada rəsmiləri Britaniya monarxına deyil, Qrenadanın özünə sədaqət andı içəcəklər.

Ölkə qanunvericiliyinə edilən müvafiq dəyişikliklər ötən cümə günü qüvvəyə minib. pizza

Böyük Britaniya kraliçası II Elizabetin ölümündən sonra bir sıra Birlik ölkələrində Britaniya monarxının dövlət başçısı statusundan məhrum edilməsi çağırışları getdikcə genişlənib.

Qrenada konstitusion monarxiyadır. Ölkə Millətlər Birliyinin üzvüdür, rəsmi dövlət başçısı Böyük Britaniyanın monarxıdır. O, əsasən mərasim funksiyalarını yerinə yetirən general-qubernator tərəfindən təmsil olunur.

Millətlər Birliyi Böyük Britaniya və demək olar ki, bütün keçmiş dominionları, koloniyaları və protektoratlarını, həmçinin Mozambik, Ruanda və Qabonu özündə birləşdirən 56 müstəqil dövlətin birliyidir. Birlik ölkələrinin ümumi əhalisi iki milyard nəfərdən çoxdur. Birliyin rəhbəri Britaniya monarxıdır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью