Qrenlandiya ABŞ ın 51 ci ştatı ola bilər

15.01.2026

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Qrenlandiya ABŞ prezidenti Donald Tramp üçün o qədər vacibdir ki, Amerikanın 51-ci ştatı ola bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Avstriyanın keçmiş xarici işlər naziri və Sankt-Peterburq Dövlət Universitetinin GORKl Mərkəzinin rəhbəri Karin Knaysl deyib.
O, TASS-a verdiyi müsahibədə, "Bildiyim qədəri ilə ABŞ Konqresində bir qanun layihəsi təqdim edilib. Mən onu görməmişəm, yalnız bu barədə oxumuşam. Layihəyə əsasən, onlar Qrenlandiyanı ABŞ-a 51-ci ştat kimi daxil etmək istəyirlər. 2018-ci ildə Donald Tramp Qrenlandiyanı almaq istədiyini dedi. İkinci dəfə prezidentliyə qayıtdıqdan sonra onu fəth etmək istədiyini bildirdi. İndi, bəlkə də, Qrenlandiyanın faktiki olaraq ABŞ-ın 51-ci ştatı olacağı barədə bir müqavilə bağlamaqdan danışırıq", deyə o, bildirib.
Onun fikrincə, regionun geostrateji mövqeyi Tramp üçün əsasdır:
"O, daim orada olan Çin və Rusiya gəmiləri, təbii sərvətlər, Arktika keçidi haqqında danışır. Bu ərazi onun üçün o qədər vacibdir ki, düşünmürəm ki, o, Qrenlandiyadan imtina edəcək".
Anar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью