Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq

26.03.2025

Icma.az, Azpost saytına istinadən bildirir.

Biz Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp “The Vince Show” verilişinə müsahibəsində deyib.

O, ada sakinlərinin ABŞ vətəndaşlığını istəmələri ilə bağlı məlumatsız olduğunu bildirib. ABŞ Prezidenti milli təhlükəsizlik səbəbindən ölkənin Qrenlandiya üzərində nəzarətə ehtiyacı olduğunu vurğulayıb.

Qeyd edək ki, martın 28-də ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və həyat yoldaşı Uşa Vens Qrenlandiyaya səfər edəcək və ABŞ hərbi bazasına baş çəkəcəklər. Bu səfər Qrenlandiyada ciddi narazılıq yaradıb.

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью