Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Davosda NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi görüşdən sonra Qrenlandiya və bütövlükdə Arktika bölgəsinin gələcəyi ilə bağlı razılaşma üçün çərçivə yaradıldığını açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Tramp bildirib ki, bu razılaşma çərçivəsində 1 fevralda qüvvəyə minməsi planlaşdırılan gömrük tarifləri tətbiq edilməyəcək.
“Qrenlandiyanın və əslində, bütün Arktika bölgəsinin gələcəyi ilə bağlı bir razılaşmanın çərçivəsini formalaşdırmışıq.
Bu mexanizm həyata keçirilərsə, ABŞ və bütün NATO ölkələri üçün son dərəcə müsbət nəticələr doğuracaq.
Bu razılaşmanın bir hissəsi olaraq 1 fevralda qüvvəyə minməsi nəzərdə tutulan gömrük tariflərini tətbiq etməyəcəyəm”, - o qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte Davos şəhərində Dünya İqtisadi Forumu (WEF) çərçivəsində görüş keçiriblər.
Tramp görüşdən əvvəl verdiyi açıqlamada Qrenlandiya məsələsinin də gündəmdə olacağını bildirib.