Qrenlandiya niyə Tramp üçün bu qədər vacibdir? (ŞƏRH) | Icma.az
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qrenlandiyanı ələ keçirmək Tramp üçün həm sərvətə, həm təhlükəsizlik çətirinə tam sahiblənmək, həm də Avropanın Amerika qitəsinə nüfuzunun qarşısını almaq deməkdir.
Bu isə ABŞ-ın dünya arenasında daha güclü geosiyasi aktora çevrilməsi ilə nəticələnəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ üçün Qrenlandiyanın önəmini şərh edərkən deyib.
Ekspert bildirib ki, Qrenlandiya Vaşinqton üçün genişlənmə siyasətinin tərkib hissəsidir.
Qrenlandiya ABŞ üçün bir çox baxımdan strateji əhəmiyyət daşıyır: "Bu, ilk növbədə Donald Trampın "Amerikanı yenidən böyük edək” şüarı ilə bağlıdır.
Bu kontekstdə Qrenlandiyaya ABŞ-ın genişlənmə siyasətinin mühüm elementi kimi baxılır.
Bir vaxtlar qəbul edilən "Monro doktrinası” Avropanın Amerika qitəsinə müdaxiləsinin qarşısını almağı nəzərdə tuturdu.
Tam oxu
Xəbəri oxu