Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Finlandiya Prezidenti Aleksandr Stabb ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları fonunda vəziyyətin inkişafı üçün üç mümkün ssenari gördüyünü açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə "The Washington Post" yazır.
Stabbın sözlərinə görə, “yaxşı ssenari” gərginliyin azaldılması, çıxış yolunun tapılması və NATO çərçivəsində Arktikada təhlükəsizliyin gücləndirilməsidir.
“Pis ssenari” isə Qrenlandiya ilə Danimarka arasında məcburi xarakter daşıyan və nəticələri əvvəlcədən məlum olmayan ayrılığın baş verməsi ehtimalını nəzərdə tutur.
Finlandiya liderinin “heç kimin inanmadığı” ən “dəhşətli ssenari” isə hərbi çevriliş variantıdır.
Stabb əlavə edib ki, o və digər Avropa liderləri vəziyyətin diplomatik yollarla həllini tapmağa çalışırlar.
Onun sözlərinə görə, Avropada bir qrup şəxs Trampın Qrenlandiyaya artan diqqətini “dönüş nöqtəsi” kimi qiymətləndirir və ABŞ-a qarşı daha sərt mövqe və müvafiq tədbirlərin görülməsinin vaxtının çatdığını düşünür.