“Qrenlandiya qalmaqalı Ukraynanın 800 milyard dollarlıq bərpa sazişini sual altına saldı“ …
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Qrenlandiya qalmaqalı, Trampın bəyanatları və "ehtiyatlı nikbinlik"...
ABŞ və Ukrayna arasında planlaşdırılan, müharibədən sonrakı bərpa və iqtisadi inkişafı nəzərdə tutan 800 milyard dollarlıq saziş Davosda imzalanmayıb.
Moderator.az xəbər verir ki, bu barədə "ft.com" nəşri yazıb.
Ukrayna ətrafında mürəkkəb diplomatik fon Nəşr yazır ki, sənədin imzalanmasının təxirə salınmasına səbəb Avropa paytaxtları ilə Vaşinqton arasında yaranmış gərginlik, xüsusilə də prezident Donald Trampın Qrenlandiya üzərində nəzarətə dair planları və onun irəli sürdüyü "Sülh Şurası" təşəbbüsü olub.
Nəşrin yazdığına görə, Dünya İqtisadi Forumunda elan olunması gözlənilən bu genişmiqyaslı iqtisadi plan Ukrayna, Avropa və ABŞ arasında razılaşdırılmalı idi.
Lakin Avropa tərəfi Trampın Qrenlandiya ilə bağlı addımlarını "adi vəziyyət" kimi qəbul etməyin mümkünsüz olduğunu bildirib.
Avropalı diplomatların sözlərinə görə, Qrenlandiya ətrafındakı qalmaqal Davosda diqqəti Ukraynadan yayındırıb və danışıqların ümumi atmosferini dəyişib.
Bununla belə, 'rifah planının" tamamilə gündəmdən çıxarılmadığı, daha sonra imzalana biləcəyi vurğulanır.
Tam oxu
Xəbəri oxu