Qrenlandiya sakinlərinin yarıdan çoxu ABŞyə qoşulmağı dəstəkləyir Xəbər saytı Son xəbərlər və Hadisələr

13.01.2025

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 7-də bildirib ki, Çin və Rusiya təhdidlərinə qarşı milli təhlükəsizliyi təmin etmək üçün Qrenlandiya ABŞ-yə qoşulmalıdır.

BAKU.WS tass-a istinadən xəbər verir ki, yanvarın 6-11-də keçirilən sorğunun nəticələrinə görə, Qrenlandiya sakinlərinin yarıdan çoxu ABŞ-a qoşulmağın tərəfdarıdır. Sorğu Patriot Polling adlı qeyri-hökumət təşkilatı tərəfindən aparılıb.

Respondentlərin əksəriyyəti (57,3%) ABŞ-yə qoşulma ideyasını dəstəklədiklərini bildirib, 37,4% isə buna qarşı çıxıb. Sorğuda iştirak edənlərin 5,3%-i hələ qərar vermədiklərini qeyd edib.

Sorğunu keçirənlərin sözlərinə görə, sorğu zamanı Donald Tramp Qrenlandiyaya səfər edib. Araşdırma ümumilikdə 416 Qrenlandiya sakini arasında aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью