Qrenlandiya üçün ilk ödəniş ABŞ a 2,2 milyard dollardan çox başa gələ bilər

15.04.2025

Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Newsweek jurnalı yazır ki, Danimarkadan Qrenlandiyanın alınması ABŞ-a sonrakı illik ödənişlərlə birlikdə 2,2 milyard dollardan çox başa gələ bilər.

“ABŞ hökumətinin ümumi təklifi  2,2 milyard dolları keçə bilər”, – nəşr yazır.

Bundan əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens Qrenlandiya xalqının Danimarkadan müstəqil olmaq istədiyi fikrini bildirmişdi.

Eyni zamanda, Danimarkanın keçmiş baş naziri Helle Thorning-Schmitt ABŞ-ı Qrenlandiyanı ələ keçirmək əvəzinə, daha çox baza yerləşdirməyə çağırıb.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью