Qrenlandiya uğrunda döyüş başlayır

13.01.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın Arktikadakı ada üzərində nəzarəti ələ keçirmə istiqamətində təzyiqlərini artırmasından sonra Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri  Vaşinqtonda ABŞ-nin vitse-prezidenti Vans və dövlət katibi Marko Rubio ilə görüşəcəklər.

Bundan əlavə, Danimarkanın müdafiə naziri Troels Lund Poulsen gələn həftə NATO-nun baş katibi Mark Rutte ilə görüşəcək.

"Cebheinfo.az" xəbər verir ki, Danimarka, Qrenlandiya və ABŞ arasında üçtərəfli zirvə keçiriləcəyi açıqlanıb. Kopenhagendə jurnalistlərə açıqlama verən Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen görüşün formatının müəyyənləşdirildiyini bildirib:

“ABŞ-nin vitse-prezidenti  Vans də görüşdə iştirak etmək istədiyini bildirib və toplantıya ev sahibliyi edəcək. Bu səbəbdən görüş Ağ Evdə keçiriləcək”.

Rasmussen Trampın Danimarka Krallığına bağlı muxtar bölgə olan Qrenlandiyanı ələ keçirməklə bağlı təhdidlərini yenidən gündəmə gətirməsindən sonra qrenlandiyalı həmkarı Vivian Motzfeldt ilə birlikdə ABŞ dövlət katibi Marko Rubiodan görüş tələbi etdiklərini xatırladıb.

Rasmussen görüş tələbinin əsas səbəbini belə izah edib:

“Məqsədimiz bizə təqdim edilən bu görüş imkanı sayəsində bütün bu müzakirəni bir-birimizin gözünə baxaraq məsələləri danışa biləcəyimiz bir toplantı otağına daşımaqdır.”

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью