Qrenlandiya Ukraynaya qarşı ... | Icma.az
Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Financial Times (FT)” nəşrində dərc olunan materialda belə deyilir.
“800 milyard dollar dəyərində olan “rifah planı”nın Davosda keçirilən Dünya İqtisadi Forumunda (DİF) elan edilməsi nəzərdə tutulmuşdu.
Lakin onun təqdimatı ABŞ və Avropa İttifaqı (Aİ) arasında, o cümlədən Qrenlandiya və bir sıra digər məsələlərlə bağlı fikir ayrılıqları səbəbindən təxirə salınıb”, - altı mənbə qəzetə deyib.
Məmurlardan birinin sözlərinə görə, hazırda “heç nə imzalanmayıb”.
Digər həmsöhbət qeyd edib ki, eyni zamanda prezident Donald Trampın administrasiyası ilə digər sahələrdə, o cümlədən Ukrayna nizamlanması və müharibədən sonrakı bərpa məsələsində əməkdaşlıq quran Avropa dövlətləri ABŞ-nin Qrenlandiya ətrafında hərəkətlərinə məhəl qoymaya bilməz.
- Hazırkı şəraitdə tərəflər Trampla razılaşmalar üzrə irəliləyişi ictimaiyyətə nümayiş etdirməkdə maraqlı deyillər.
Qrenlandiya və Qəzza üzrə “Sülh Şurası” ətrafında müzakirələr Davos gündəmində Ukrayna məsələsini arxa plana keçirib”, - daha bir mənbə vurğulayıb.
Tam oxu
Xəbəri oxu