Qrenlandiya üzrə üçtərəfli danışıqlar

29.01.2026

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, ölkələr arasında aylarla davam edən gərginlikdən sonra yanvarın 28-də ABŞ, Qrenlandiya və Danimarka arasında danışıqlar başlayıb.
“Kopenhagenin qırmızı xətlərinə sadiq qalaraq Danimarka, Qrenlandiya və ABŞ-dən olan yüksək vəzifəli məmurlar Vaşinqtonun Arktika ilə bağlı təhlükəsizlik problemlərinin necə həll olunacağını müzakirə etmək üçün görüşdülər”, - Danimarkanın Xarici İşlər Nazirliyinin agentliyə verdiyi yazılı şərhdə deyilir.
Tramp Qrenlandiyanı hədələyib ABŞ-nin dövlət katibi Marko Rubio yanvarın 28-də bildirib ki, Vaşinqton hazırda Qrenlandiya ilə bağlı “müsbət” nəticə verməli olan texniki məsləhətləşmələrlə məşğuldur.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen isə Parisdəki Sciences Po Universitetində çıxışında ABŞ ilə danışıqlarda keçilməsi mümkün olmayan qırmızı xətlərin olduğunu deyib.
Xatırladaq ki, yanvarın 21-dən sonra ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı qarşıdan gələn razılaşmanın əsasını qoyduğunu açıqlamışdı.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью