Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Qrenlandiyanın paytaxtı Nuukda bir kişi Amerika bayrağını qaldırmağa cəhd edib.
Bizim.Media xəbər verir ki, bu barədə Danimarkanın “TV2” kanalı məlumat yayıb.
Məlumatda deyilir ki, ətrafdakı insanlar həmin şəxsə ABŞ bayrağını qaldırmağa mane olublar və onu saxlayıblar.
Qeyd edək ki, 2024-cü ilin sonunda Danimarka parlamenti başqa ölkənin bayrağının qaldırılmasını qadağan edən qanunu dəstəkləyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı ələ keçirmək istəyir. Yanvarın əvvəlindən bəri Tramp ABŞ-ın Qrenlandiyanı əldə etməsi ilə bağlı əvvəlki açıqlamalarını təkrarlayır. Ötən həftə Qrenlandiya və Danimarkada minlərlə insan ABŞ-ın adanı ələ keçirmək planlarına etiraz olaraq küçələrə çıxıb.
Bizim.Media