Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Qrenlandiya ilə ABŞ arasında razılaşma yoxdur".
Moderator.az xəbər verir ki, bunu ölkənin sənaye, ticarət, mineral ehtiyatlar, ədliyyə və gender bərabərliyi naziri Naaya Natanielsen Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzetinə açıqlamasında bildirib.
"Hələ dialoqa başlamamışıq. Heç bir çərçivə sazişi mövcud deyil. Bizim suverenliklə bağlı qırmızı xətlərimiz var", - deyə nazir qeyd edib.
O bildirib ki, ABŞ beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır. O, ABŞ vətəndaşı olmaq qarşılığında Qrenlandiyanın hər bir sakininə 100 000 dollar ödənilməsi fikrini absurd adlandırıb: "Bizi satın almaq olmaz".
Nazir əlavə edib ki, amerikalı investorlar Qrenlandiyanın inkişafına investisiya qoymağa tələsmirlər.