Qrenlandiyalı nazir: Təbii ehtiyatlarımızı ABŞ ilə bölüşmək niyyətində deyilik

24.01.2026

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Təbii ehtiyatlarımızı ABŞ ilə bölüşmək niyyətində deyilik. Heç bir xarici qüvvə Arktika bölgəsinin geniş təbii sərvətlərinin taleyinə müdaxilə etməməlidir".

Teleqraf xəbər verir ki, bu barədə Qrenlandiyanın mineral ehtiyatlar naziri Naaja Nathanielsen bildirib.

ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə qapalı görüşdən sonra qeyd edib ki, adanın resursları ilə bağlı razılaşma əldə olunub.

Qrenlandiyalı naziri adanın taleyinin başqaları tərəfindən müəyyən olunmasına etiraz edərək bildirib ki, bölgənin mineral sektoru barədə qərar kənarda verilə bilməz.

Bildirilir ki, Arktika adasında qlobal tələbatın dörddə birini ödəmək üçün kifayət qədər nadir elementlər, eləcə də çoxlu miqdarda neft, qaz, qızıl və təmiz enerji metalları var, lakin onların demək olar ki, heç biri hasil edilmir.

Qrenlandiyalı siyasətçi bildirib ki, hökumət Qrenlandiyada NATO-nun yerləşməsinə və ya hər hansı monitorinqə qarşı deyil: "Hətta ABŞ ilə mədən sənayesində əməkdaşlığa hazırıq. Amma biz suverenlik müqabilində mineral ticarətinə başlaya bilmərik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью