Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edib.
Təxminən bir saatdan çox davam edən çıxış beynəlxalq gündəmin əsas mövzularını əhatə edibQrenlandiya məsələsiTramp çıxışında son günlər ABŞ administrasiyasının Qrenlandiya ilə bağlı açıqlamaları fonunda bu mövzuya geniş yer ayırıb.
O bildirib ki, Qrenlandiya və Danimarka xalqlarına hörmət edir, lakin “adanın təhlükəsizliyini ABŞ-dən yaxşı heç bir ölkə təmin edə bilməz”.
ABŞ Prezidentinin sözlərinə görə, Qrenlandiya strateji mövqeyə malikdir və burada ABŞ, Rusiya və Çinin maraqları toqquşur.
Tramp vurğulayıb ki, Vaşinqtonun Qrenlandiya üzərində nəzarət istəyi təbii resurslarla deyil, məhz geostrateji mövqe ilə bağlıdır.
Onun fikrincə, ada ABŞ və Kanadanı qoruyacaq hava hücumundan müdafiə sisteminin yaradılması üçün vacibdir.
“Biz güc tətbiq etmək istəmirik, sadəcə Qrenlandiyanın ABŞ-yə verilməsini xahiş edirik”, – deyə Tramp bildirib.