Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.
AzVision.az Avropanın “Politico” nəşrinin yaydığı məlumata görə, bu kampaniyanın təşəbbüskarı Ksavye Dyutua Kaliforniyanın 1 trilyon dollara və “Hollivud tərəfindən ödənilən Danimarka çörək məhsullarının ömür boyu tədarükü” bahasına başa gələcəyini iddia edib.
Onun fikrincə, ABŞ ilə “Lego” istehsalçısının nümayəndələri əlaqə saxlamalıdırlar, çünki “çatışmayan hissələrə görə əsəbiləşən uşaqlarla məşğul olmaq onları danışıqlar sahəsində mütəxəssis edib”.
Kaliforniya ştatının alınması üçün vəsaiti isə Ksavye Dyutua kraudfandinq (digər insanların və ya təşkilatların səylərini dəstəkləmək üçün könüllü olaraq pullarını və ya digər resurslarını adətən İnternet vasitəsilə birləşdirən insanların kollektiv əməkdaşlıq) üsulu ilə toplamağı təklif edib.
“Bu, hər danimarkalıdan cəmi 200 min kroon deməkdir”, - təşəbbüs qrupunun saytında bildirilir.
Qrenlandiya ABŞ-yə “satılmaq” istəmir Qrup artıq nə qədər pul yığıldığını göstərməsə də, 198 mindən çox insanın şatatın Danimarkaya qoşulması üçün petisiyaya imza atdığını iddia edir.
Təşəbbüsün müəlliflərinin fikrincə, Donald Tramp Kaliforniyanı satmağa razı olacaq.
Çünki ştatın “ən böyük pərəstişkarı” olmayan ABŞ prezidenti onu dəfələrlə ölkədə ən dağıdılmış ştat adlandırıb.