Qrenlandiyanın gələcəyi ilə bağlı qərarları adanın vətəndaşları verməlidir

28.01.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qrenlandiya parlamentinin vitse-spikeri Bentiaraq Ottosen adanın ABŞ-yə satılması ehtimalını istisna edib. 

Redaktor.az bu haqda xarici mediaya istinadla məlumat verir.

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı almaq niyyəti ilə bağlı açıqlamalarını şərh edən Ottosen bildirib ki, bu cür ssenari mümkün deyil.

“Düşünürəm ki, bu, Trampın bu gün Qrenlandiya ilə bağlı etməli olduğu bir məsələ deyil. Çünki Qrenlandiya satılmır. Vəziyyət həm qrenlandiyalılar, həm də Qrenlandiyada və Danimarka Krallığında yaşayan Danimarka vətəndaşları üçün çox ağırdır”, – deyə o vurğulayıb.

Vitse-spiker qeyd edib ki, ada sakinləri ABŞ tərəfindən göstərilən təzyiqdən narahatdır və Qrenlandiyanın xarici nəzarət altına düşə biləcəyindən ehtiyat edirlər. Onun sözlərinə görə, Qrenlandiyanın gələcəyi ilə bağlı qərarları yalnız adanın vətəndaşları verməlidir və istənilən addım yerli, o cümlədən yerli əhalinin maraqları nəzərə alınmaqla atılmalıdır.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью