Qrenlandiyanın yeni baş naziri adanın alınması ilə bağlı danışdı: ABŞ yə, ya Pekinə satılacaq?

08.04.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qrenlandiyalılar onları azadlıqdan məhrum edəcək təklifi heç vaxt qəbul etməyəcəklər".

Oxu.Az-ın xəbərinə görə, bu sözləri Qrenlandiyanın yeni Baş naziri Yens-Frederik Nilsen DR telekanalının efirində deyib.

Siyasətçi adanın alınması ilə bağlı hər hansı danışıqları istisna edib. O, Vaşinqtonun narahatlığı ilə bağlı sualı cavablandırıb - ABŞ hesab edir ki, Pekin bu məqsədlər üçün Qrenlandiyaya böyük məbləğdə pul təklif edə bilər.

"Mən Qrenlandiya xalqının nə vaxtsa onların azadlığını əlindən alacaq bir təklifi qəbul edəcəyini qəti şəkildə inkar edirəm", - deyə Yens-Frederik Nilsen vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью