Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qreqor Kobel "Sabah"la oyuna görə təəssüfləndi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
“Borussiya”nın (Dortmund) qapıçısı Qreqor Kobel UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”a qalib gəldikləri oyun (2:1) haqda fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, isveçrəli qolkiper bu barədə DAZN telekanalına açıqlamasında danışıb.
O, komandasının çoxsaylı qol imkanları yaratdığını və oyunun taleyini daha erkən həll edə biləcəklərini söyləyib:
“Bir-iki qolu daha erkən vura və oyunu daha rahat keçirə bilərdik. Çoxlu qol imkanları yaratdıq. Bu, şübhəsiz ki, son həftələrlə müqayisədə yaxşı göstəricidir və çox müsbət məqamdır. Təəssüf ki, oyunun taleyini daha erkən həll edə bilmədik”.