Qreta Tunberqə cinayət işi açıldı

13.12.2025

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Finlandiya polisi isveçli iqlim fəalı Qreta Tunberqə qarşı cinayət işi açıb.

Modern.az xəbər verir ki, bu barədə "Helsingin Sanomat" (HS) qəzeti məlumat yayıb.

Tunberqin hüquq-mühafizə orqanlarının əməkdaşlarına mane olmaqda ittiham olunduğu iddia edilir.

Qeyd olunur ki, iqlim fəalı 25 iyun 2024-cü ildə Helsinkinin mərkəzində keçirilən "Extinction Rebellion" nümayişində iştirak edərkən cinayət törətməkdə şübhəli bilinir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью