Qreta Tunberqin uğursuz Qafqaz səfəri ANALİZ | Icma.az
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, nüfuzunu hər ötən gün artırması Qərbin müəyyən dairələrinin yuxusuna haram qatır, anti-Azərbaycan şəbəkə fəallaşır.
Bu dəfə də COP29 kimi mötəbər tədbirin Bakıda təşkil edilməsi müxtəlif dairələri “narahat edib”.
Bu səbəbdən də Qərbin bir sıra QHT və siyasətçiləri, rəsmi və qeyri-rəsmi şəxsləri müxtəlif anti-Azərbaycan çıxışlar edir, məntiq və məzmuna uyğun olmayan çıxışlar, dezinformasiya, saxta xəbərlərin tirajlanması kimi cılız addımlar atılır.
Bu dəfə isə özünə iqlim fəalı adı verən Qreta Tunberq oyuna cəlb edilib.
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanda keçirilən COP29 tədbiri əleyhinə təşkil edilən aksiyada isveçli qızın səsləndirdiyi şüarlar müəyyən suallar doğurub.
İlk olaraq, iqlim fəalı olan Qretanın siyasi şüarlar səsləndirməsi qəribədir.
Artıq onun siyasi dairələrin, erməni pulu ilə bəslənən lobbi və QHT-lərin oyuncağına çevrilməsi göz önündədir.
Tam oxu
Xəbəri oxu