Icma.az, Apasport portalına istinadən məlumat verir.
İngiltərənin “Everton” klubunun yarımmüdafiəçisi Cek Qriliş azarkeşlərdən və klub rəhbərliyindən üzr istəyib.
Apasport.az xəbər verir ki, “Mançester Siti”dən icarəyə götürülən futbolçu intizam qaydalarını pozduğu üçün bir müddət komandadan kənarlaşdırılmışdı.
Oktyabrın sonunda İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Nyukasl”la keçirilən oyunun (3:1) iştirak ərizəsinə daxil edilməyən Qriliş daha sonra Premyer Liqanın iki qarşılaşmasını da buraxıb.
Bir müddət fərdi məşqlərlə kifayətlənən yarımmüdafiəçi artıq komanda yoldaşları ilə hazırlığa qoşulub.
Futbolçu sosial şəbəkə hesabında paylaşım edərək baş verənlərə münasibət bildirib:
“Bir neçə günlük yaxşı məşqlərdən sonra bu gün yenidən komanda yoldaşlarımla meydanda olmaq çox xoşdur. Son həftələrdə komandama kömək edə bilmədiyim üçün azarkeşlərdən və klubdakı hər kəsdən üzr istəyirəm. Bu klubda oynamağı çox sevirəm və yenidən "Everton" forması ilə qarşınıza çıxmağı səbirsizliklə gözləyirəm. Tezliklə görüşərik!”.
Qeyd edək ki, Qriliş “Everton”da “Mançester Siti”dən icarə əsasında çıxış edir.
Harri Keyn İngiltərə millisinin tarixinə düşdü “Lans” baş məşqçisini istefaya göndərdi Argentinada ayrılıq – Dünya çempionu komandadan gedir “Mançester Yunayted”in yeni baş məşqçisi bəlli oldu De Bruyne: “Diqqətimiz Arda Gülerin üzərində idi”