Fanat saytına istinadən Icma.az xəbər verir.
“Mançester Siti”nin futbolçusu Cek Qriliş yenidən “Everton”un formasını geyinməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "TalkSPORT" yayıb.
“Everton” 29 yaşlı oyunçunu geri qaytarmaq üçün “Mançester Siti” ilə danışıqları davam etdirir. Tərəflərin icarə keçidi ilə bağlı müzakirələrdə irəliləyiş əldə etdiyi və razılaşmanın yekun mərhələyə yaxınlaşdığı bildirilir.
İngiltərə millisinin üzvünün də karyerasını “Everton”da davam etdirməyə üstünlük verdiyi qeyd olunur. Danışıqlar planlaşdırıldığı kimi yekunlaşarsa, Qrilişin transferinin gələn həftənin əvvəlində rəsmiləşdirilməsi gözlənilir.
Qeyd edək ki, Cek 2025/2026 mövsümünü icarə əsasında “Everton”da keçirib.
Əlisahib İbrahimli