futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Everton”un futbolçusu Cek Qriliş mövsümün qalan hissəsini buraxa bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Devid Moyez klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, ayağından zədələnən Qrilişin əməliyyata ehtiyacı ola biləcəyini vurğulayıb. Yarımmüdafiəçi əməliyyat edilsə, mövsümün qalan hissəsini buraxacaq.
Qriliş bu mövsüm Premyer Liqada 20 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.