Qrilişin “Everton”dakı vəziyyətinə aydınlıq gətirildi

05.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Everton”un baş məşqçisi Devid Moyes Cek Qrilişin komandaya nə vaxt qayıdacağı ilə bağlı sualları cavablandırıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis “Mançester Siti”dən icarəyə götürülən futbolçunun “Koventri” ilə Premyer Liqa matçında iştirak etməyəcəyini təsdiqləyib.

“Xeyr, Cek oyuna hazır deyil. Onunla bağlı planlarımızı açıqlamaq istəmirəm, amma tezliklə yenidən onunla işləməyə başlayacağıq”, - deyə Moyes mətbuat konfransında bildirib.

Baş məşqçi Qrilişin milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra qayıtmasının mümkünlüyü barədə suala da konkret cavab verməyib:

“Hadisələrin necə inkişaf edəcəyini gözləməliyik”.

Xatırladaq ki, Qriliş klubun intizam qaydalarını pozduğuna görə son oyunlarda heyətdən kənarda qalıb. İntizam məsələsi artıq bağlansa da, futbolçunun oyun formasını bərpa etməsinə ehtiyac var.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью