Qrimaldo “Bayer”dən “Atletiko”ya keçdi

28.06.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniya futbol millisinin müdafiəçisi Alexandro Qrimaldo karyerasını “Atletiko”da davam etdirəcək.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Nikkolo Skira məlumat yayıb. Onun sözlərinə görə, Madrid klubu futbolçunun transferi ilə bağlı Leverkuzen “Bayer”i ilə razılığa gəlib.

“Atletiko” 30 yaşlı müdafiəçi üçün 15 milyon avro (30 milyon AZN), həmçinin bonus ödənişləri edəcək.

Qrimaldonun Madrid klubu ilə müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulacaq. Sözləşmədə daha bir mövsüm uzatma bəndi də yer alacaq.

Ötən mövsüm Qrimaldo bütün turnirlərdə 46 matçda meydana çıxıb, 14 qol vurub və 12 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Qrimaldo “Barselona”nın yetirməsidir. O, İspaniyada başqa klubda oynamayıb, karyerası ərzində “Benfika” və “Bayer”in də formasını geyinib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью