Qrinvud Fransada bu mükafatı qazandı

13.01.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Fransa Liqa 1-də dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.

"Olimpik Marsel"in yarımmüdafiəçisi Meyson Qrinvud ötən ayın "ən yaxşı"sı seçilib.

23 yaşlı yarımmüdafiəçi səsvermədə "Lill"in hücumçusu Conatan Devid və "Olimpik Lion"lu Rayan Şerkini qabaqlayıb.

Qrinvud dekabrda Liqa 1-də Marsel təmsilçisinin heyətində üç matçda iki qol vurub. Ümumilikdə o, bu mövsüm Fransa çempionatında 17 matçda 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью