Qrinvud ölkəsinə qayıda bilər

29.10.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda karyerasını Fransanın “Marsel” klubunda davam etdirən Meyson Qrinvud yenidən İngiltərədə çıxış edə bilər.

Apasport.az xəbər verir ki, 24 yaşlı futbolçu ilə “Vest Hem” və “Tottenhem” komandaları maraqlanır.

Bu barədə “TEAMtalk” məlumat yayıb.

Mənbənin məlumatına görə, hər iki klub ingiltərəli vinger üçün yayda “Marsel”ə rəsmi təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan Qrinvud bu mövsüm “Marsel”in heyətində keçirdiyi 12 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Karvaxal əməliyyat olunub Messi: "Hədəfim DÇ-2026-da oynamaqdır" La Liqa klubu "Fənərbaxça"ya 10 milyon təklif edəcək Volkan Demirelin yeni ünvanı bəlli olub Arne Slot "Kristal Palas"la görüşdə iştirak etməyəcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью