futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Marsel”in hücumçusu Meyson Qrinvud karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Roma” ingiltərəli futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Canluka Di Marzio məlumat yayıb.
“Marsel” Qrinvud üçün 50 milyon avro tələb edir. Tərəflər arasında danışıqlar yaxın zamanda başlayacaq.
İngiltərəli futbolçu 2024-cü ildən “Marsel”də çıxış edir. O, 81 oyunda 48 qol vurub, 17 məhsuldar ötürmə edib.