Qrip kimlər üçün daha təhlükəlidir? Həkimdən vacib açıqlama

04.02.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qrip yaş məhdudiyyəti olmayan bir infeksiyadır, hər yaş qrupuna aid olan insan yoluxa bilər. Lakin epidemioloji müşahidələr göstərir ki, yoluxma tezliyi və xəstəliyin ağırlığı yaş qrupları arasında əhəmiyyətli dərəcədə fərqlənir.

Ölkə.Az xəbər verir ki, həkim Lalə Allahverdiyevanın sözlərinə görə, ən yüksək xəstələnmə göstəriciləri ənənəvi olaraq uşaqlar arasında, xüsusilə məktəbəqədər və məktəbyaşlı uşaqlarda qeydə alınır.

"Bu, kollektivlərdə olma, sıx təmas və gigiyenik vərdişlərin kifayət qədər formalaşmaması ilə bağlıdır. Uşaqlar virusun cəmiyyət daxilində yayılmasında əsas rol oynayır və infeksiyanın ötürülməsinin başlıca “rezervuarı” hesab olunurlar. Uşaqların qrip virusuna qarşı daha çox həssaslığının mühüm səbəbi immun sisteminin funksional yetkin olmamasıdır. Bu isə anadangəlmə və adaptiv antiviral immunitetin effektivliyinin azalması ilə müşayiət edilir və patogenetik olaraq daha yüksək yoluxma tezliyi ilə nəticələnir", - o vurğulayıb.

Həkim qeyd edib ki, yaşlı insanlar, xüsusilə 65 yaşdan yuxarı olanlar yoluxma tezliyinə görə deyil, xəstəliyin ağır keçməsi və ağır fəsadların inkişafı baxımından yüksək risk qrupundadırlar:

"İmmunitetin yaşla əlaqədar zəifləməsi və xroniki xəstəliklərin - ürək damar, bronx ağciyər sistemi xəstəlikləri, şəkərli diabet və s. - olması bu yaş qrupunda qripi xüsusilə təhlükəli edir.

Hamilə qadınlar da ayrıca risk qrupuna daxildir. Hamiləlik dövründə immun sistemində baş verən fizioloji dəyişikliklər virus infeksiyalarına, o cümlədən qripə yoluxma həssaslığını artırır və bu infeksiya həm ana, həm də döl üçün risk yaradır.

Məhz bu qruplarda hospitalizasiya və xəstəliyin ağır nəticələri daha çox qeydə alınır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью