Qrip mövsümü erkən başladı: Xərçəng xəstələri peyvənd olunmalıdırmı?

21.10.2026

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qripə qarşı peyvəndlə bağlı yanlış məlumatlar, xüsusilə risk qrupuna daxil olan şəxslərdə tərəddüdlərə səbəb olur. Mütəxəssislər bildirirlər ki, peyvənd ağırlaşma və ölüm riskini azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Sherg.az xəbər verir ki, Türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis, professor Tevfik Rıfkı Evrenkaya xərçəng xəstələrinin qrip peyvəndinə xüsusi diqqət yetirməli olduğunu bildirib. Onun sözlərinə görə, infeksiyalar süd vəzi xərçəngi xəstələrinin müalicəsinin gecikməsinə və ya yarımçıq qalmasına səbəb ola bilər. Peyvəndin növü və vurulma vaxtı isə xəstənin aldığı müalicəyə və immun sisteminin vəziyyətinə uyğun olaraq həkim tərəfindən müəyyən edilməlidir.

Professor qeyd edib ki, qrip peyvəndi xəstəliyə yoluxma və onun ağırlaşmaları riskini azaldır, lakin 100 faiz qoruma təmin etmir. Peyvənddən sonra yüngül qızdırma, əzələ ağrısı və halsızlıq yarana bilər. Bu əlamətlər qripə yoluxmaq demək deyil.

Mütəxəssis hamiləlik dövründə qrip peyvəndindən tamamilə imtina etməyin də doğru yanaşma olmadığını vurğulayıb. Qrip hamilələrdə daha ağır keçə bilər və xəstəxanaya yerləşdirilmə riskini artıra bilər. Peyvəndin uyğunluğu barədə həkimlə məsləhətləşmək tövsiyə olunur.

Xüsusilə 65 yaşdan yuxarı şəxslər, xroniki xəstəlikləri olanlar, tibb işçiləri, azyaşlı uşaqlar, orqan transplantasiyası keçirənlər, immuniteti zəiflədən dərmanlar qəbul edənlər və xərçəng xəstələri risk qrupuna daxildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью