Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin Nebraska-Linkoln Universitetindən olan alimlər qrip virusuna qarşı mübarizədə böyük irəliləyiş əldə ediblər.
Onlar "Epigraph" adlı yeni vaksin hazırlayıblar ki, bu peyvənd bir neçə qrip ştamına, o cümlədən insan, donuz və quşlar arasında yayılan təhlükəli variantlara qarşı güclü və uzunmüddətli qoruma təmin edir.
Oxu.Az-ın verdiyi məlumata görə, tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc olunub.
Təcrübələr göstərib ki, vaksin altı ay ərzində davamlı immun reaksiyası yaradır.
Alimlər bu immunitetin 10 ilə qədər davam edə biləcəyini bildirirlər.
Bu isə qripə qarşı hər il peyvənd olunmaq ehtiyacını aradan qaldıra bilər.
Peyvənd son 100 ildə yaranmış 6 mindən çox qrip ştamının kompüterlə təhlili əsasında hazırlanıb.