Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Qripə qarşı ən effektiv profilaktika üsulu vaksinasiya və şəxsi gigiyenaya riayət etməkdir.
Redaktor.az xəbər verir ki, bu barədə həkim Andrey Tyajelnikov danışıb.
Mütəxəssisin sözlərinə görə, otaqların mütəmadi havalandırılması, düzgün qidalanma və açıq havada gəzintilər də sağlamlığın qorunmasında mühüm rol oynayır. O əlavə edib ki, immunitetin güclü qalması üçün idmanla məşğul olmaq, kifayət qədər yatmaq, stressi idarə etmək və zərərli vərdişlərdən uzaq durmaq vacibdir, eyni zamanda vaksinasiya və şəxsi gigiyena da önəmlidir.
Aytəkin TOFİQQIZI