Qripdən qorunmağın dadlı yolu | Icma.az
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qış aylarında orqanizmin soyuğa və xəstəlik törədən mikroorqanizmlərə qarşı dözümlü olması üçün güclü immunitet sistemi vacibdir.
Tərəvəzlər vitaminlər, minerallar və antioksidantlarla zəngin olduğundan qış aylarında immuniteti gücləndirmək üçün ideal seçimdir.
Milli.Az bu qış sizi qripdən qoruyacaq, immunitetə faydalı tərəvəzləri təqdim edir: KƏLƏM (Ağ kələm, brokoli, brüssel kələmi) Kələm ailəsindən olan tərəvəzlər C vitamini ilə zəngindir.
C vitamini immunitet sistemini stimullaşdırır və bədəndəki infeksiyalara qarşı mübarizə aparır.
Xüsusilə brokoli antioksidantlar, beta-karotin və fol turşusu ilə zəngindir.
YERKÖKÜ Yerkökü yüksək miqdarda beta-karotin ehtiva edir, bu da bədəndə A vitamininə çevrilir.
A vitamini selikli qişaları gücləndirir və mikrobların bədənə daxil olmasının qarşısını alır.
Tam oxu
Xəbəri oxu