Icma.az, Konkret.az portalına istinadən məlumat yayır. Qış aylarında orqanizmin soyuğa və xəstəlik törədən mikroorqanizmlərə qarşı dözümlü o
Tərəvəzlər vitaminlər, minerallar və antioksidantlarla zəngin olduğundan qış aylarında immuniteti gücləndirmək üçün ideal seçimdir.
KONKRET.az bu qış sizi qripdən qoruyacaq, immunitetə faydalı tərəvəzləri təqdim edir: KƏLƏM (Ağ kələm, brokoli, brüssel kələmi) Kələm ailəsindən olan tərəvəzlər C vitamini ilə zəngindir.
C vitamini immunitet sistemini stimullaşdırır və bədəndəki infeksiyalara qarşı mübarizə aparır.
Xüsusilə brokoli antioksidantlar, beta-karotin və fol turşusu ilə zəngindir.
YERKÖKÜ Yerkökü yüksək miqdarda beta-karotin ehtiva edir, bu da bədəndə A vitamininə çevrilir.
A vitamini selikli qişaları gücləndirir və mikrobların bədənə daxil olmasının qarşısını alır.
SOĞAN və SARIMSAQ Soğan və sarımsaq təbii antibiotiklərdir. Onların tərkibindəki allisin maddəsi (bu maddə qan damarlarındakı spazmı aradan