Qripdən qorunmaq üçün edilən ən böyük SƏHVLƏR

24.11.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Qripdən qorunmaq üçün istifadə edilən bəzi dərman və vasitələr əslində xəstəliyin qarşısını almır və sağalma prosesini sürətləndirmir.

Redaktor.az xəbər verir ki, bu barədə pediatr İrina Litvinova lenta.ru-ya açıqlamasında bildirib.

Həkim qrip fəsadlarının qarşısını almaq məqsədilə antibiotiklərdən istifadəni də düzgün hesab etməyib. O bildirib ki, bu, bakteriyaların antibiotiklərə qarşı davamlılığının yaranmasına səbəb ola bilər.

Litvinova burun üçün nəzərdə tutulan məlhəmlərin, yağ damcılarının, gümüş əsaslı preparatların və antiseptiklərin də virusun yayılmasının qarşısını almadığını vurğulayıb. Qeyd edib ki, bu vasitələr burunun selikli qişasını quruda və virus hissəciklərinin xaric edilməsinə kömək edən mexanizmlərin fəaliyyətini zəiflədə bilər.

Pediatr sarımsaqdan hazırlanmış boyunbağıların qripdən qoruduğu barədə fikirlərin də mif olduğunu bildirib.

Mütəxəssis qripin yayılma riskini azaltmaq üçün uşaqlara dirsəyə və ya birdəfəlik salfetə asqırmağı öyrətməyi tövsiyə edib. Onun sözlərinə görə, xəstəliyin ağırlaşması riski yüksək olan ailə üzvləri xəstə ilə yaxın təmas zamanı qoruyucu maskadan istifadə etməlidirlər.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью