Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya səhiyyə naziri Mixail Muraşko qripdən sonrakı ilk yeddi gündə infarkt və insult riskinin kəskin artdığı barədə xəbərdarlıq edib.
Sherg.az xəbər verir ki, 2024-cü ildə aparılan araşdırmaya əsasən, əvvəllər ürək-damar xəstəlikləri olmayan insanlarda qripdən sonra infarkt və ya insult riski 16 dəfə, bu xəstəliklərdən əziyyət çəkənlərdə isə infarkt riski altı dəfə arta bilər.
Mütəxəssislər qripin orqanizmdə iltihabi prosesləri gücləndirərək qan laxtalanmasına və damarlardakı aterosklerotik lövhələrin fəallaşmasına səbəb ola biləcəyini bildirirlər.
Muraşko vurğulayıb ki, göstəricilər nisbi riskə aiddir və birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etmir. O, qripə qarşı vaksinasiyanın ürək-damar ağırlaşmaları riskinin azaldılması baxımından da əhəmiyyətini qeyd edib.