Qripdir deyib keçməyin, 2 nəfər qızdırmadan öldü VİDEO

17.01.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Ağcabədidə 9 yaşlı Aytac Novruzova pnevmoniyanın yaratdığı yüksək qızdırmadan ölüb. Bu hadisədən bir gun sonra Saatlı sakini, 11 yaşlı Pərvanə Xəyalqızı qızdırma və öskürəklə rayon xəstəxanasına yerləşdirilib və kəskin ağciyər çatışmazlığından həyatını itirib.

9 yaşlı  Aytacın babası deyib ki, uşağın heç bir şikayəti, xəstəliyi olmayıb, rəhmətə getməmişdən əvvəl o, çöldə oynayıb. Həmin axşam əhvalı bir az dəyişib. Gecə saat 4- də Aytac keçinib. Meyit ekspertiza edilib, məlum olub ki, uşağın ağciyəri qapqara olub.

Bir həftə ərzində pnevmoniya və ağciyər çatışmazlığından iki uşağln ölməsi ciddi narahatlıq yaradıb. Necə olur ki, qızdırma səbəbindən ölüm halı baş verir? Həyatımızı təhdid edib canımızı alan yeni yayılan virusdur?

Ətraflı BTV-nin materialında...




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью