Qripə qarşı pulsuz peyvəndləmə BAŞLADI

23.10.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Bakı və Sumqayıt şəhərlərində dövlət tibb müəssisələri vaksinlərlə təmin olunub və artıq peyvəndlənməyə başlanılıb.

Məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən cari ildə də ölkəyə mövsümi qripə qarşı vaksinlər gətirilib. Regionlarda isə vaksinlərin tibb müəssisələrinə çatdırılması mərhələli şəkildə davam edir. Bu il Niderland istehsalı olan "Influvac Tetra" dördlü qrip vaksini istifadə olunur. Peyvənd qripə yoluxma riskini, xəstəliyin ağır keçməsi və hospitalizasiya ehtimalını azaltmağa kömək edir.

Peyvəndlənmə xüsusilə risk qrupunda olanlara – 6 aydan yuxarı uşaqlara, 65 yaşdan yuxarı şəxslərə, xroniki xəstəliyi və immun sistemi zəifliyi olanlara, hamilə qadınlara və tibb işçilərinə tövsiyə edilir.Qripə qarşı vaksinasiya könüllüdür. Peyvənd olunmaq istəyənlər ərazi üzrə ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.

Qeydiyyatı rayonda olan, lakin hazırda Bakıda yaşayan vətəndaşlar paytaxtdakı dövlət tibb müəssisəsində qripə qarşı peyvənd vurdura bilərmi?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən( TƏBİB) bildirilib ki, vətəndaş qeydiyyatda olduğu poliklinikadan asılı olmayaraq, mövsümi qripə qarşı peyvənd olunmaq üçün aidiyyəti üzrə istənilən poliklinikaya müraciət edə bilər.

Gülər Həsənli 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью