Qriplə səhv salındı infeksiya bir kişini on gün ərzində qolsuz və ayaqsız qoydu | Icma.az
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyada pub meneceri kimi çalışan Aleks Lyuis adi mövsümi qrip hesab etdiyi ilkin əlamətlərdən sonra ölüm təhlükəsi ilə üz-üzə qalıb.
Əzələ ağrısı, öskürək və yüksək hərarət onda ciddi narahatlıq yaratmasa da, cəmi on gün ərzində vəziyyəti kəskin pisləşib və ağır nəticələrə səbəb olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 2013-cü ilin noyabrında Aleks Lyuis xəstəxanaya son dərəcə ağır vəziyyətdə çatdırılıb.
O, şüurun pozulması və dəri rənginin dəyişməsi kimi ciddi əlamətlərlə reanimasiyaya yerləşdirilib.
Həkimlər səbəbin A qrup streptokok bakteriyası olduğunu müəyyən ediblər.
Bu bakteriya geniş yayılmış olsa da, nadir hallarda toksik şok və sepsisə səbəb ola bilir. Məhz həmin hadisədə də belə olub.
Həkimlər Lyuisin sağ qalma şansını minimum qiymətləndiriblər, növbəti üç gün ərzində yaşamaq ehtimalı cəmi 1 faiz olub.
Tam oxu
Xəbəri oxu