Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Neftçi” bir neçə legioneri ilə yollarını ayırmağı planlaşdırır.
Apasport.az saytına verilən məlumata görə, bunlardan biri də Andrey Ştoqrindir.
Həmin istəyin qışda, yoxsa yayda reallaşacağı bəlli deyil. Belə ki, əksər legionerlərin klubla minimum yaya qədər müqaviləsi var.
“Ağ-qaralar” ukraynalı ilə danışaraq, müqaviləsinə xitam verilməsinə çalışır. Amma bu, heç də asan olmayacaq.
Çünki ukraynalının “Neftçi” ilə sözləşmə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, komandaya bu yay keçib.
Qeyd edək ki, “Çernomorets”in sabiq üzvünü “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk gətirmişdi.
Tofiq Karayev mükafatı uğrunda Azərbaycan çempionatı keçiriləcək ABL: "Neftçi" "Abşeron"la üz-üzə "Səbail"də yeni transfer - Rəsmi Messi bu ay Bakıya gələcək “Qarabağ”ın hücumçusu ilin bombardirləri sırasındadır