Qriqorçukun yeni iş yeri məlum oldu

13.07.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Neftçi”dən ayrılan Roman Qriqorçukun yeni iş yeri məlum olub.

Futbolpress.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsinin LNZ klubuna rəhbərlik edəcək. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qriqorçuk bu vəzifədə ispaniyalı Andres Karraskonu əvəzləyib.

Qriqorçuk Çerkassi klubunda işə 2025-ci ilin yanvarında başlayacaq.

LNZ Ukrayna çempionatında 17 turdan sonra 19 xalla 16 komanda arasında 10-cu sıradadır.

Qriqorçuk mövsümün əvvəlində “Neftçi”yə baş məşqçi təyin edilmişdi. O, Premyer Liqada 9 turdan sonra qələbə qazana bilməyib və istefaya göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью